bazar 28 iyun 2026 - 17:01
Elmi hövzələrin strateji bəyanatı: Son razılaşma memorandumu və İslam İnqilabının Ali Məqamlı Rəhbərinin tarixi müraciəti barədə

Prezidentə, Milli Təhlükəsizlik Şurasının hörmətli üzvlərinə və ölkənin diplomatik korpusunun rəhbərlərinə şəri, əqli və hüquqi baxımdan vacibdir ki, düşmən razılaşmanı pozacağı və ya anlaşma memorandumunun müddəalarına əməl etməyəcəyi təqdirdə, dərhal və qətiyyətlə danışıqlardan çıxsınlar, ona hərbi və diplomatik müstəvidə sərt və sarsıdıcı cavab versinlər.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, ölkə üzrə Elmi hövzələrin rektorunun son anlaşma memorandumu və İslam İnqilabının Ali Məqamlı Rəhbərinin tarixi müraciəti münasibətilə strateji bəyanat yayımlayıb.

Bəyanatda deyilir:


بسم‌الله‌الرحمن‌الرحیم

«وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنتُمُ الْأَعْلَوْنَ إِن کُنتُم مُّؤْمِنِینَ»

Bağışlayan və mehriban Allahın adı ilə 
"Ruhdan düşməyin və kədərlənməyin! Əgər inanırsınızsa, üstün olan sizsiniz!" (Ali İmran surəsi, 139-cu ayə)

Hazırda şəhidlərin ağası həzrət İmam Hüseynin (ə) və vəfalı səhabələrinin şəhadət günlərində, həmçinin şəhid imamımız və rəhbərimizin pak cənazəsinin tarixi dəfn mərasimi ərəfəsindəyik. Bu, Allahın izni və lütfü ilə şəhid Ayətullah Seyid Əli Xameneinin (r) İran xalqı və İslam dünyasının qəlbində tutduğu uca məqamı nümayiş etdirəcək, İran xalqı ilə imam arasındakı dərin bağlılığı bütün dünyaya göstərəcək və düşməni heyrət və çaşqınlıq içində qoyacaq milli, beynəlxalq və tarixi hadisədir.

Biz ömrünü İslam İnqilabının idealları və böyük vilayət günəşinin yıni, həzrət İmam Zamanın (ə.f) zühuruna zəmin hazırlamaq yolunda cihadla keçirən, nəhayət bu yolda ailəsinin bir sıra üzvləri ilə birlikdə böyük şəhadət məqamına qovuşan bir rəhbərin dəfn mərasimi ərəfəsindəyik.

Allah-Təala onu həzrət Əba Əbdillah Hüseyn (ə) və onun vəfalı səhabələri ilə məhşur etsin, bütün ümmət və məsul şəxslərə bu nurlu yolu davam etdirməkdə müvəffəqiyyət nəsib etsin.

Üçüncü hibrid və məcburi müharibə (Ramazan ayında başverən) günlərində silahlı qüvvələr və hüquq-mühafizə orqanları parlaq fəaliyyət göstərərək, hərbi meydanda İranın dünyanın ən böyük gücü qarşısında üstün mövqeyini bütün dünyaya nümayiş etdirdilər. İran İslam Respublikasının uzaqgörən xalqı də bu hibrid müharibədə şüurlu və coşqulu iştirakı ilə düşmənin planlarını puça çıxardı və şəhid Ayətullah Seyid Əli Xameneinin, Minab şəhərinin tam orta məktəbinin məzlum şəhidlərinin, günahsız mömin insanların qanı, eləcə də hərbi və hüquq-mühafizə qüvvələrinin fədakarlığı hesabına əldə olunan qələbələrin davamını böyük həssaslıqla izləyir.

Eyni zamanda, İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəba Xamenei (Allah onu qorusun) də özünün ikinci saleh sələfi kimi qətiyyət və tam uzaqgörənliklə bu mübarizəyə rəhbərlik edir və ölkənin idarəçiliyini həyata keçirir. O, misilsiz uzaqgörənliklə İran İslam İnqilabını bu tarixi mərhələdən keçirir və həzrət Sahibəz-Zamanın (ə.f) xüsusi inayəti altında bu böyük və taleyüklü mübarizəyə rəhbərlik edir.

ŞAAM-ın (Ali Milli Təhlükəsizlik Şurasının) və İslam hökumətinin məsul şəxsləri bu taleyüklü və varlıq mübarizəsində, xüsusilə hərbi qarşıdurmanın səngiməsindən və diplomatik mübarizənin ön plana çıxmasından sonra, səmimi niyyət və xeyirxahlıqla çalışırlar ki, hərbi meydanda olduğu kimi, xidmət və diplomatiya sahəsində də İran xalqının və haqq cəbhəsinin qələbəsini təmin etsinlər.

Bununla belə, danışıqlar heyətinin diplomatik səyləri sonda, İran xalqının haqlı tələblərinin bir hissəsini özündə əks etdirən müəyyən müsbət məqamlar daşımasına baxmayaraq, İslam İnqilabının Ali Məqamlı Rəhbərinin və xalqın bütün tələblərini tam əhatə etməyən anlaşma memorandumu ilə nəticələndi. Ali Məqamlı Rəhbərin bu barədə strateji, dərin məzmunlu və aydınlaşdırıcı müraciətindən sonra həmin müraciət, anlaşma memorandumu və onun zaman-məkan şərtləri ilə bağlı müzakirələr həm elmi dairələrdə, həm də ictimai rəydə geniş vüsət almaqdadır. Halbuki Ali Məqamlı Rəhbər qısa və aydın müraciətində anlaşma memorandumu ilə bağlı bütün qeyri-müəyyənlik və şübhələri aradan qaldırmaqla yanaşı, həm məsul şəxslərin, həm də xalqın vəzifəsini dəqiq şəkildə müəyyən etmişdir. Bu məsələni daha aydın izah etmək üçün İranın əziz xalqına, xüsusilə də bu hibrid müharibədə maarifləndirmə cihadı və xidmət vəzifəsini daşıyan hörmətli hövzə alimlərinə bir neçə məqamı təqdim edir və bütün fəal din təbliğatçıları ilə ruhanilərdən xahiş edirəm ki, bu təhlil çərçivəsində xalqın maarifləndirilməsi istiqamətində fəaliyyət göstərsinlər.

1. Ali Məqamlı Rəhbərin müraciətində yer alan «Mən, prinsip etibarilə, başqa mövqedə idim» ifadəsi onun ŞAAM-ın (Ali Milli Təhlükəsizlik Şurasının) üzvləri ilə anlaşma memorandumunun məzmunu barədə fərqli mövqedə olduğunu açıq şəkildə göstərir. Daxil olan məlumatlara əsasən, memorandumun mətni dəfələrlə Ali Rəhbərlə ŞAAM-ın (Ali Milli Təhlükəsizlik Şurasının) üzvləri arasında müzakirə olunmuş və onun bəzi qeydləri sənədə daxil edilmişdir. Lakin sonda ŞAM üzvlərinin israr etdiyi son mətn Ali Məqamlı Rəhbərin bütün tələblərini əhatə etmirdi. Buna baxmayaraq, o, sənədə qarşı çıxmağı məqsədəuyğun hesab etməmiş, ABŞ-ın əlavə tələblərinin qarşısının alınacağına, xalqın hüquqlarının tam təmin ediləcəyinə və memorandumda nəzərdə tutulan şərtlərin yerinə yetiriləcəyinə dair öhdəlik əsasında onu qəbul etmişdir.

2. Şübhəsiz ki, «prinsip etibarilə» ifadəsi İmam Xomeyninin (r) və şəhid imamımızın son 47 il ərzində dünya hegemonizmi və cinayətkar, etibarsız ABŞ-la münasibətlərdə formalaşdırdıqları mövqe və praktiki siyasətdən qaynaqlanan prinsiplərə işarədir. Bu prinsiplər kafirlərlə mübarizəyə dair ayə və rəvayətlərdən, ilahi sünnələrdən, ABŞ-ın təkrar-təkrar xəyanətlərinin yaratdığı təcrübədən, ölkənin mənafelərindən və  həzrət  İmam Zamanın (ə.f) zühuruna zəmin hazırlanması yolundakı rolundan irəli gəlir və yalnız maddi və iqtisadi hesablamalara əsaslanmır. Buna görə də Ali Məqamlı Rəhbərin baxışında cihad, müqavimət və danışıqlar düşmənə etimad göstərilmədən, döyüş meydanında əldə olunan nailiyyət və şərtlərin qətiyyətlə ona qəbul etdirilməsi məqsədi daşıyır. Bu yanaşma heç bir güzəştə yol vermədən düşməni məğlub etməyin, İran xalqının və müqavimət cəbhəsinin hüquqlarını təmin etməyin yeganə yolu hesab olunur.

3. Müharibə, sülh və danışıqlar məsələlərində dövlət rəsmiləri ilə vəliyyi-fəqih arasında ekspert səviyyəsində fikir ayrılığının olması təbii haldır və bu, mərhum İmam Xomeyninin (r) və şəhid imamımızın dövründə də müşahidə olunmuşdur. Lakin vəliyyi-həqih prinsipinə əsaslanan İslam quruluşunda qayda budur ki, məsul şəxslər öz ekspert rəylərini və əsaslandırmalarını təqdim etdikdən, Ali Məqamlı Rəhbər onları dinlədikdən sonra, əgər Ali Məqamlı Rəhbər həmin arqumentlərlə razılaşmasa və mövqeyi dəyişməzsə, məsul şəxslər onun qərarına tabe olmalıdırlar.

4. İndi isə möhtərəm Prezident Ali Milli Təhlükəsizlik Şurasının sədri kimi həm öz adından, həm də Şuranın digər üzvləri adından İran xalqının və müqavimət cəbhəsinin hüquqlarını qorumağa, ABŞ tərəfinin əlavə tələblərinə qarşı qətiyyətlə dayanmağa və bu anlaşma memorandumunun müddəalarının həyata keçirilməsinə görə məsuliyyəti öz üzərinə götürdüyünə görə, İslam İnqilabının Ali Məqamlı Rəhbəri də məhz bu öhdəlik və məsuliyyətə əsaslanaraq memorandumun imzalanmasına icazə vermişdir. Buna görə də bu memorandum kifayət qədər legitimliyə malikdir və möhtərəm Prezident, Ali Milli Təhlükəsizlik Şurasının üzvləri və ölkənin diplomatik qurumlarının məsul şəxsləri düşmən hər hansı öhdəliyi pozacağı və ya memorandumun müddəalarına əməl etməyəcəyi təqdirdə, şəri, hüquqi və qanuni baxımdan dərhal və qəti şəkildə danışıqları dayandırmağa, hərbi və diplomatik müstəvidə sərt cavab verməyə borcludurlar.

5. Heç bir şübhə yoxdur ki, məsul şəxslər bu danışıq mərhələsinə çatmaq üçün səmimiyyət və xeyirxahlıqla böyük səylər göstərmişlər. İslam İnqilabının Ali Məqamlı Rəhbəri də öz müraciətində bunu açıq şəkildə vurğulamışdır. Buna görə də, cinayətkar ABŞ və uşaq qatilı sionist rejim kimi xəbis düşmənlə üz-üzə olduğumuz bu həssas şəraitdə İranın böyük, inqilabçı və göndərilmiş ümmətinin üzərinə iki mühüm vəzifə düşür. Bir tərəfdən, diplomatiya meydanında məsul şəxsləri dəstəkləmək ki, xalqın bu dəstəyinə arxalanaraq üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirə, memorandumun müddəalarını İran xalqının və müqavimət cəbhəsinin hüquqları çərçivəsində təmin edə bilsinlər. Digər tərəfdən isə bu memorandumun müddəalarının tam icrasını tələb etməli, məsul şəxslərin davranış və bəyanatlarına daim nəzarət etməlidirlər.

6. Şübhəsiz ki, biz hərbi meydanda qalib gəldik və ABŞ ilə cinayətkar sionist rejim məqsədlərinin heç birinə nail ola bilmədi. Əksinə, ağır zərbələr aldı. İslam İnqilabının Ali Məqamlı Rəhbərinin bu və əvvəlki müraciətlərində də vurğuladığı kimi, ABŞ çıxılmaz vəziyyətə düşdüyü üçün atəşkəs elan etdi və danışıqlara üz tutdu. Hazırda belə, Ali Məqamlı Rəhbərin və inqilabçı İran xalqının fikrincə, xalqın və Müqavimət Cəbhəsinin bütün hüquqlarını tam əhatə etməyən bu anlaşma memorandumu belə, dünyanın əksər siyasi təhlilçiləri və bir çox ölkə rəsmiləri tərəfindən ABŞ-ın məğlubiyyətinin və onun dünya fövqəldövləti statusunu itirməsinin sənədi kimi qiymətləndirilir. Bununla belə, düşmən bir tərəfdən memorandumun bəndlərini yerinə yetirməyəcəyini bəyan edib onları yanlış şərh etməklə, digər tərəfdən isə media manipulyasiyaları ilə özünü qalib kimi təqdim etməyə çalışır. Məqsəd həm öz nüfuzunu qorumaq, həm də İran xalqı və Müqavimət Cəbhəsində qələbə ruhunu və ümidini zəiflətməkdir. Hörmətli məsul şəxslər və böyük İran xalqı düşmənin idrak müharibəsində istifadə etdiyi bu üsula qarşı ayıq olmalı, bu şərtlərin həyata keçirilməsində israr etməli, düşməni onların icrasına məcbur etməli, eyni zamanda həqiqətlərin izahı yolu ilə İranın qələbə narrativini həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə daha da möhkəmləndirməlidirlər.


7. Şübhəsiz ki, küfr və təkəbbür cəbhəsinin amansız hibrid müharibəsi zamanı düşmənin planlarını puça çıxaran əsas amil inqilabçı xalqın küçələrdə davamlı, məsuliyyətli və mücahid ruhlu iştirakı oldu. İndi də düşmənin müharibədən və memorandumdan sonrakı planlarını iflasa uğratmağın əsas şərti bu iştirakın davam etməsidir. Küçələrdə xalqın iştirakı, tələbkarlığı və İran İslam Respublikasının, eləcə də müqavimət cəbhəsinin tam hüquqlarının müdafiəsində israrlı mövqeyi diplomatiya sahəsində çalışanların əlində mühüm mənəvi dayaq və təzyiq vasitəsi olacaq. Buna görə də, təkəbbür cəbhəsinin sərt və yumşaq fitnəsi tam aradan qalxanadək bu xalq iştirakını zəiflətmək və ya dayandırmaq istiqamətində atılan hər bir addım, xalqın bu taleyüklü mübarizədə oynadığı rolu düzgün dərk etməməyin göstəricisidir və nəticədə haqq cəbhəsinin qəti məğlubiyyətinə səbəb ola bilər. Elmi hövzələr bu xalq iştirakının davamını qətiyyətlə dəstəkləyir və onun daha da gücləndirilməsi, eləcə də mövcud bəzi cüzi çatışmazlıqların aradan qaldırılması istiqamətində fəaliyyət göstərəcək.


8. Düşmənin planları ilə bağlı ehtimal olunan və mövcud dəlillərlə əsaslandırıla biləcək bir proqnoz bundan ibarətdir ki, o, danışıqlarla dövlət rəsmilərini məşğul etməklə bir tərəfdən dünya çempionatı və seçkiləri geridə qoymaq, digər tərəfdən isə neft və qaz ehtiyatlarını artırmaq niyyətindədir. Eyni zamanda, hərbi və iqtisadi potensialını bərpa edib, idrak müharibəsində aldığı zərbələrin təsirlərini aradan qaldıraraq, dördüncü məcburi müharibəyə daha güclü şəkildə hazırlaşmağa çalışır. Məsul şəxslər, Silahlı Qüvvələr və həmçinin hüquq-mühafizə orqanları bu təhlükəyə qarşı tam ayıq olmalı, bu məkrli planın həyata keçməsinin qarşısını almaq üçün lazımi hazırlıq görməlidirlər.


وَمَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ الْعَزِیزِ الْحَکِیمِ

و السلام علیکم و رحمة الله و برکاته

«Qələbə yalnız Qüdrətli və Hikmət sahibi olan Allah tərəfindəndir.»

Allahın Salam və bərəkəti üzərinizə olsun.

Ölkə üzrə Elmi Hövzələrin İdarəetmə Mərkəzi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha